Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb

Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb.

APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən “8 Noyabr – Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında” qərar layihəsinin parlamentin noyabrın 5-də keçiriləcək iclasında müzakirəyə çıxarılması gözlənilir.

Layihə bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müzakirəsinə çıxarılacaq.