Yaşayış minimumunun həddi 210 manata qaldırılır

2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

2021-ci ildə yaşayış minimumu 196 manat olub.

Qeyd edək ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinin ilkin variantında 2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat müəyyən edilmişdi.