“Hüquq Platforması” Təşəbbüs Qrupu təsis edilib

Dekabrın 1-də “Hüquq Platforması” Təşəbbüs Qrupu təsis edilib. Təşəbbüs Qrupunun məqsədi məhkəmələrdə vətəndaşlara hüquqi yardımın göstərilməsi, hüquqşünasların peşə bacarıqlarının artırılması, hüquq müdafiəçilərinin yetişdirilməsi, qanunvericiliyin təkminləşdirilməsi ilə bağlı təşəbbüslərlə çıxış etməkdir.

Təşəbbüs qrupu öz hədəflərinə çatmaq üçün aşağıdakı fəaliyyət palanını həyata keçirməyi düşünür;

-Yerli və beynəlxalq məhkəmələrdə vətəndaşlara hüquqi yardım etmək;

-Gənc hüquqşünasların peşə fəaliyyəti ilə bağlı təlimlər etmək;

-Qanunların təkminləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı təşəbbüslərlə çıxış etmək;

-BMT-yə fərdi şikayətlərin hazırlanması və s.

“Hüquq Platforması” Təşəbbüs Qrupunun təsisçiləri vəkil Fariz Namazlı və hüquq müdafiəçisi Samir Kazımlıdır.

Əvvəlki məqaləQadınların güzəştli şərtlərlə pensiya hüququ
Növbəti məqaləAvtomobillərin icbari sığortası ilə bağlı yeni qaydalar nə vəd edir?