İşsiz şəxslərin işlə təmin olunması ilə bağlı rəsmi açıqlama

“Gələn il üçün gənclərin əmək bazarına daxil olması üçün dəstək tədbirləri görülməlidir”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qadın və kişilərin əməkhaqqı arasındakı fərq azalmağa başlasa da, yenə də tam həllini tapmayıb: “Ona görə də bu məsələ həllini tapmalıdır. Qadınların məşğulluq xidmətləri ilə əhatə olunması artırılmalıdır. Əsas hədəfimiz ölkədə yeni məşğulluq konsepsiyasının hazırlanmasıdır. Fərdi məşğulluq planı tərtib edilərək işsiz şəxslərin işlə təminatına önəm veriləcək. Artıq bu mexanizmlərin icrasına başlanılıb. Aktiv məşğul şəxslərin ən azı yarısını işlə təmin etməyi hədəfləmişik və aidiyyəti qurumlarla bu sahədə birgə çalışırıq”.

Əvvəlki məqaləMüddətli əmək müqaviləsi üzrə sığorta stajı azaldılır
Növbəti məqaləSahibkarlar ƏDV-ni avtomatik hesablayıb ödəyə bilərlər