Mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi qaydaları dəyişdirilir

Kredit təşkilatlarının borcalanları barədə mərkəzləşdirilmiş kredit reyestrində olan bütün məlumatlar “Kredit büroları haqqında” qanunun qüvvəyə mindiyi gündən üç il müddətində fəaliyyətə başlayan istənilən kredit bürosuna onun müraciəti əsasında birdəfəlik və ödənişsiz veriləcək.

“APA-Economics” xəbər verir ki, bu, “Kredit büroları haqqında” qanuna dəyişiklik layihəsində nəzərdə tutulub.

Layihəyə əsasən, qanunun qüvvəyə minməsindən üç il keçəndən sonra kredit bürolarına mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi dayandırılacaq. Bundan başqa, məlumat istifadəçilərinə də 2018-ci il aprelin 1-dən mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi dayandırılır.

Bundan başqa, layihəyə əsasən kredit təşkilatları aralarında hüquq münasibətləri 2018-ci il aprelin 1-dək yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilərlər.