DSMF sədrindən pensiya yaşının azaldılması məsələsi ilə bağlı açıqalama

“Hazırda Azərbaycanda pensiya yaşının azaldılması məsələsi gündəmdə deyil”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, araşdırmalar ölkədə orta ömür uzunluğunun 77 yaşdan çox olduğunu göstərir: “Hətta pensiyaçılarımızın yaş həddi də həmin rəqəmin üzərindədir. Bunlar nəzərə alınmaqla pensiya yaş həddinin azaldılması planlaşdırılmır. Hətta hazırda dünya təcrübəsində pensiya yaşının 65-dən yuxarı qaldırılması və onların əmək bazarında saxlanılması məqsədəuyğun hesab edilir”.

Əvvəlki məqaləBu şəxslərin pensiyası yeni qaydada hesablanacaq
Növbəti məqaləUşağın xarici ölkəyə getməsinə icazənin verilməsi qaydası