Sahibkarlıqla məşğul olanların sayı açıqlanıb

“Azərbaycanda sahibkarların sayı 900 mini ötüb”.

“APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Biznes inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır” konfransında çıxışı zamanı bildirib.

“Bundan başqa, məşğulluqda özəl sektorun payı 75% təşkil edir. Həmçinin ölkədə makroiqtisadi göstəricilər artan istiqamətdə davam edir”, – deyə S.Məmmədov vurğulayıb