Bu hallarla bağlı əlillik təyin edilə bilər

“Qıcolmaların xarakterindən və tezliyindən asılı olaraq əlillik təyinatı mümkün ola bilər”.

“Report” xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza Xidmətinin Təşkili Departamentinin müdir müavini İlkin Yusifov “Sosial saat”da deyib.

Onun sözlərinə görə, seyrək tutmalar III, ayda 4 dəfədən çox qıcolmalar isə II dərəcə əlilliyin təyininə əsas verir: “Qıcolmaların sayı və tezliyi həkim tərəfindən təsdiqlənir”.

Əvvəlki məqaləBaş nazir karantinlə bağlı qərar imzaladı
Növbəti məqaləMəleykə Abbaszadə abituriyentlərə müraciət etdi