İctimai iştirakçılıqla bağlı qanunvericilik təkmilləşdiriləcək

“İctimai iştirakçılıqla bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı bizə təkliflər daxil olmaqdadır”.

Bunu “Report”un sualına cavab olaraq Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev deyib.

Onun sözlərinə görə, bu təkliflər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə regionlarda keçirilən zona müşavirələrində də səsləndirilir: “Biz iyunun ortasında yekun konfransı Bakı şəhərində keçirərkən həmin təklifləri də orada səsləndirəcəyik. Ümumi təkliflər müzakirə edildikdən sonra Milli Məclisə təqdim olunacaq”.