Bu müəllimlər də sertifikasiyaya cəlb olunacaq

Qabaqcıl təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması sisteminin yaradılması və tətbiqi nəzərdə tutulur.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

Sənəddə bildirilib ki, planın əsas icraçısı Təhsil Nazirliyidir.

İlkin olaraq müvafiq mexanizm layihəsinin hazırlanması və tətbiqi nəzərdə tutulub. 2023-2025-ci illərdə 17 000 nəfər heyətin sertifikatlaşmaya cəlb olunması planlaşdırılır. Nəticədə məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşması nəzərdə tutulub.