Rövşən Rzayev “Qaçqınkom”a sədr təyin olunub

Azərbaycan Milli Məclisin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

APA-nın məlumatına görə, bu, prezident İlham Əliyevin yeni hökumətin tərkibinin təsdiq olunması ilə bağlı imzaladığı sərəncamda əks olunub.

Qeyd edək ki, buna qədər müvafiq komitənin sədri Əli Həsənov idi.