Qiymətli kağızlarla bağlı qanuna yeni anlayışlar əlavə edilir

“Qiymətli kağızlar bazarı haqqında” qanuna yeni anlayışların əlavə edilməsi təklif olunur.

“Report” xəbər verir ki, bu, qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin yeni anlayışlar aşağıdakılardır:

– digər ticarət sistemi – Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi və fond birjasından kənarda qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin təşkil olunduğu sistem; ​​​​​

– məqbul və lazımi keyfiyyətlər – vətəndaş qüsursuzluğu, ictimai mövqeyinə görə vicdanlı və etimada layiqolma, habelə bu Qanunla nəzərdə tutulmuş hüquqları əldə etməyə imkan verən peşəkarlıq, təcrübə və işgüzar nüfuz.