Valyuta ilə bağlı qanuna yeni anlayışlar əlavə edilir

“Valyuta tənzimi haqqında” qanuna yeni anlayışların əlavə edilməsi təklif olunur.

“Report” xəbər verir ki, bu, qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin yeni anlayışlar aşağıdakılardır:

– mühüm iştirak payı – nizamnamə (şərikli) kapitalının, habelə səsvermə hüququnun 20 %-ni və yaxud daha çox hissəsini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və yaxud dolayı yolla sahiblik.

– vətəndaş qüsursuzluğu – valyuta mübadiləsi fəaliyyətinə lisenziya alan şəxslərin benefisiar mülkiyyətçilərinin, idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin, habelə nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının sahiblərinin, həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə uyğun olması faktı.