SOCAR “Azəriqaz” İstehsalat Birliyi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə podratçı şirkətlərin nümayəndələri ilə görüş keçirib.
“APA-Economics” xəbər verir ki, görüşdə ümumi qaz tələbatı saatda 10m3-dən aşağı olan fərdi yaşayış evlərinin qazlaşdırılması üçün ilkin sənədlərin hazırlanması, qaz sayğacının ayrılması və istehlakçıya təbii qazın verilməsi barədə müzakirələr aparılıb.
Qeyd edilib ki, bundan sonra vətəndaşlar üçün fərdi yaşayış evlərinin qazlaşdırılması prosesi daha da asanlaşdırılacaq. Sifarişçi və ya onun səlahiyyətli nümayəndəsi “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə müraciət etdikdən sonra sifarişçi və ya onun nümayəndəsi competition.gov.az , yaxud azeriqaz.az internet portalında olan “Podratçı təşkilatlar barədə məlumat”a yönləndirilir. Sifarişçi və ya onun səlahiyyətli nümayəndəsi “Podratçı təşkilatlar barədə məlumat”dan seçdiyi podratçı ilə müqavilə bağlayır və lazımi sənədləri təqdim edir. Bundan sonra podratçı təşkilat elektron sənəd dövriyyəsi vasitəsi ilə bütün prosesləri tam şəkildə həyata keçirə biləcək. Daha dəqiq desək, podratçılar lazımi sənədləri mərhələli şəkildə [email protected] , [email protected] , [email protected] ünvanlarına elektron məktub vasitəsi ilə müraciət etməlidirlər. Həmçinin görüş zamanı podratçılar onları maraqlandıran suallara da cavab tapıblar.