Azərbaycanda energetika sahəsində 10 fəaliyyət növü olacaq.
“Report” xəbər verir ki, bu, Milli Məclisə daxil olmuş “Energetika haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmin fəaliyyət növləri aşağıdakılardır:
– enerji resurslarının kəşfiyyatı;
– enerji resurslarının işlənməsi və hasilatı;
– enerji resurslarının emalı;
– enerjinin istehsalı;
– enerjinin saxlanılması;
– enerjinin nəqli (ötürülməsi);
– enerjinin paylanması;
– enerjinin idxalı və ixracı;
– enerjinin topdan və (və ya) pərakəndə satışı;
– təbii qaz və elektrik enerjisi bazarlarının fəaliyyətinin təşkili.