Qadınların istirahət günləri işləməməsi təklif olunur

Azərbaycanda qadınların istirahət günləri işləməməsi təklif olunur.

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Rauf Əliyev çıxış edib.

O, Avropada qadınların həftəsonu daha çox uşaqları ilə vaxt keçirdiyini bildirib: “Ona görə ölkəmizdə də qadınların şənbə və bazar günləri işləməməsini təklif edirəm”.