Baş nazir torpaqla bağlı yeni qərar imzalayıb

Nazirlər Kabineti 7 iyun 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə”də dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra dövlət torpaq kadastrı fondunun məlumatlarından həm də “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq bərpa olunan enerji mənbələrinin potensialı atlasının formalaşdırılması və aktuallığının təmin olunmasında istifadə ediləcək.