Azərbaycanda vahid e-iştirakçılıq platforması yaradılacaq

Azərbaycanda vahid e-iştirakçılıq platforması yaradılacaq.

“Report” xəbər verir ki, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planında öz əksini tapıb.

Vahid e-iştirakçılıq portalının yaradılması çərçivəsində vətəndaşlarla birbaşa əlaqə kanallarının təkmilləşdirilməsi, dövlət xidmətlərinin göstərilməsində vətəndaşlar tərəfindən verilən rəylərin toplanılması, həmçinin elektron qərarqəbuletmə prosesinin təmin edilməsi məqsədilə müvafiq tədbir görüləcək.