Milli Məclisin bu gün keçirilən plenar iclasında “Torpaq icarəsi haqqında” qanuna dəyişik təsdiq edilib.
“APA-Economics” xəbər verir ki, dəyişiklik dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadənin təmin edilməsi, bu torpaqların icarəyə verilməsi sahəsində mövcud olan problemlərin həlli, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını nəzərdə tutur.
Yeni layihə həmin torpaqların icarəyə verilməsinin xüsusiyyətlərini tənzimləyəcək.