Enerji sahəsində güzəştli tariflər tətbiq oluna bilər

Energetika Nazirliyi açıq tender elan edib.

Tender Komissiyasından “APA-Economics”ə verilən məlumata görə, açıq tender elektrik enerjisinin ümumi generasiya güclərində alternativ və bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılması, habelə alternativ və bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi məqsədilə bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanması işlərinin satınalınması ilə bağlıdır.

Tender 1 lot üzrə keçirilir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçıların təkliflərinə avqustun 1-də baxılacaq.