Gələn həftədən “Bakı Metropoliteni” QSC qış rejiminə keçəcək.
Bunu “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda iş qrafikinin dəyişdirilməsinə hazırlıq görülür: “Yeni qrafiklə interval 2 dəqiqəyə salınacaq. Bir stansiyadan saat ərzində keçən qatarların sayı isə 30 cütə çatdırılacaq”.
Metronun sözçüsü “Xətai” stansiyasının təmirə bağlanması üçün işlərin getdiyini də bildirib.