Psixoloji yardımla bağlı qanun qəbul edilib

VəzifəliMilli Məclisin bu gün keçirilən plenar iclasında “Psixoloji yardım haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.

“Report” xəbər verir ki, layihə 6 fəsil, 22 maddədən ibarətdir.

Qanun layihəsi Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

Layihə səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.