Problemli kreditlər üzrə təzminatlar necə qaytarılacaq?

Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlər məsələsinin həlli ilə bağlı əlavə tədbirlər barədə fərmanına əsasən həmin kreditlər üzrə təzminatlar xüsusi hesablara köçürüləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov deyib.

N.Əmirov qeyd edib ki, əgər təzminat kredit borcunun ödənilməsi üçün kifayət etməsə, borcun qalan hissəsi daha aşağı faiz dərəcəsi ilə (illik bir faiz) restrukturizasiya ediləcək.

 

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, fərman həm sosial, həm də iqtisadi əhəmiyyət daşıyır:

“Problemli kreditlərlə bağlı məsələlər 2014-cü ilin sonu – 2015-ci ilin əvvəllərindən dünya bazarlarında neft qiymətlərinin ucuzlaşmasından sonra başladı. Bu məsələlər hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub”.

O əlavə edib ki, bu günədək kreditlərlə bağlı ümumilikdə 616 milyon manat məbləğində 311 mindən çox məhkəmə işi mövcuddur.

Əvvəlki məqaləBirinci qrup əlilliyə görə sosial müavinət artırılır
Növbəti məqaləPrezident: “Məhkəmə-hüquq sahəsində islahatlara ciddi ehtiyac var”