Ədliyyə Nazirliyinə şikayətin edilməsi ilə bağlı dəyişiklik edilib

“Ədliyyə Nazirliyinə elektron müraciət üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə” Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 29-N nömrəli qərarında dəyişikliklər edilib.

Trend-in məlumatına görə, yeni dəyişikliklərə əsasən, şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Ədliyyə Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən poçt ünvanına göndərilməlidir.

Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer, müraciət edən hüquqi şəxs olduqda adı, hüquqi ünvanı (mövcud olduqda elektron poçt ünvanı) göstərilməlidir.