3 kredit təşkilatının lisenziyası ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 3 bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.

“Report” xəbər verir ki, bunlar Bakıda fəaliyyət göstərən “Kredit House” və “Mədəd Kredit”, eləcə də Lerik rayonunda fəaliyyət göstərən “Azəri Finans” MMC-lərdir.

Son nəticədə ölkədə BOKT-ların sayı 46-dan 43-ə düşüb.