Ani ödənişlər sisteminin istifadəyə veriləcəyi vaxt bilindi

Azərbaycan Mərkəz Bankı hazırladığı ani ödənişlər sisteminin ilk mərhələsini – fiziki şəxslər arasında hesablaşmalar sistemini bu ilin sonuna qədər istifadəyə verməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində (“Fintex Sammit”) çıxışı zamanı qurumun Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova bildirib.

“Növbəti ildə isə həm hüquqi, həm də fiziki və hüquqi şəxslər arasında ani hesablaşmalar, eyni zamanda NFC, QR kod kimi ödəniş sistemləri istifadəyə veriləcək”, – deyə K.Qurbanova əlavə edib.