Hüquq-mühafizə orqanlarının səhvi nəticəsində ictimai işlər alanlara dəymiş ziyan ödəniləcək

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” qanunun 1-ci maddəsinə dəyişiklik təklif edilir.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən bundan sonra təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində islah işləri alan şəxslər yox, ictimai işlər alan şəxslərə dəyən ziyan ödəniləcək.

Milli Məclisə Azərbaycan prezidenti tərəfindən təqdim olunan layihə parlamentin dekabrın 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.