Övladlığa götürməklə bağlı bu şəxslərə üstünlük veriləcək

Azərbaycanda övladlığa uşaq götürmək üçün 55 yaşadək olan şəxslərə üstünlük veriləcək.

APA-nın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif edilir.

Təklifə əsasən, Məcəllənin 121.3-cü bəndinə görə, övladlığa uşaq götürmək üçün azı 3 il nikahda olan, yaşı 35-dən yuxarı ər-arvada, 1 il müddətinə nikahda olan Azərbaycan vətəndaşlarına və azı 5 il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan, yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük verilir.

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasında müzakirə ediləcək.