İlham Əliyev Prezident Administrasiyası ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu” təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etməli;

bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Əvvəlki məqaləPrezident Administrasiyasının yeni strukturu təsdiq olunub
Növbəti məqaləPrezident Administrasiyasına yeni şöbə müdirləri təyin edilib – SİYAHI