Əli Həsənov vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Əli Həsənovun Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncama əsasən, Əli Məhəmmədəli oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsindən azad edilib.