Seçkilərlə bağlı MSK-da işçi qrupları yaradılıb

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində Ekspert qrupu yaradılması məsələsinə baxılıb.

Məsələ müzakirə edildikdən sonra səsə qoyularaq təsdiq edilib.

Daha sonra isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün İşçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirə olunub. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-u, bazar gününə təyin edilib.