Bu il işə qəbul olunanların sayı açıqlanıb

“Bu il daxili və ümumi müsahibələr vasitəsilə 240 nəfər işə qəbul olunub”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, qanunvericiliyə əsasən dövlət qulluğuna qəbul imtahanları hər ay keçiriləcək.

M. Abbaszadə qeyd edib ki, Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemi (DQRİS) vasitəsilə dövlət orqanlarında vakansiyalar görünür: “Hazırda dövlət orqanları tərəfindən dövlət qulluğunda müsabiqəyə ümumilikdə 1461 vakant vəzifə təqdim olunub”.