Yeni binalarda mənzillər niyə ucuzlaşıb?

2019-cu ilin dekabr ayı ərzində Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında orta satış qiyməti 0,24% artıb.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov “APA-Economics”ə bildirib ki, təkrar mənzil bazarında 2,01% bahalaşma, ilkin mənzil bazarında isə 2,13% ucuzlaşma qeydə alınıb.

“2019-cu ildə daşınmaz əmlak bazarında qiymətlərdə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0,62%, o cümlədən təkrar mənzil bazarında isə 2,93%, ilkin mənzil bazarında 6,62% azalma qeydə alınıb”, – deyə N. İbrahimov bildirib.

Əvvəlki məqaləİcbari tibbi sığorta üzrə Xidmətlər Zərfininin tam siyahısı açıqlanıb
Növbəti məqaləƏlət-Astara avtomobil yolu pullu olacaq?