Namizədlər görüş keçirən zaman DSK-ya məlumat verməlidir?

MSK sədri
Məzahir Pənahov

“Heç bir namizədin dairə seçki komissiyalarına seçkiqabağı təşviqat kampaniyası aparmaqla bağlı məlumat vermək öhdəliyi yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçicilərlə görüş keçirmək üçün təyin edilmiş yerlər sadəcə namizədlərin öhdəliyindədir: “DSK-ların buna müdaxilə etmək hüququ yoxdur. Biz sadəcə DSK-lara deputatlığa namizədlərin seçicilərlə görüşlərinin üst-üstə düşməməsini tənzimləməklə bağlı tapşırıq vermişik”.

M.Pənahov bildirib ki, MSK bununla bağlı dairələr üzərində ciddi məsuliyyət qoyub: “Biz dairələrin üzərində ciddi məsuliyyət qoymuşuq ki, namizədlərin görüşlərinin üst-üstə düşməməsi üçün əlindən gələni etsin. Heç bir dairənin elə bir hüququ yoxdur ki, namizədə görüş keçirilməsi üçün icazə versin. Heç bir namizəd də görüş keçirən zaman dairəyə müraciət etməyə borclu deyil”.

Əvvəlki məqaləNazirlər Kabinetinə yeni səlahiyyət verilib
Növbəti məqaləMagistraturaya qəbulla bağlı şərtlər açıqlanıb