Vahid məktəbli formaları ilə bağlı təkliflərə baxılır

Təhsil Nazirliyi hazırda şagirdlər üçün vahid məktəbli formalarının eskizlərinin təsdiqi ilə bağlı qəbul olan təklifləri təhlil edir.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, məktəbli formalarının eskiz layihələrinin təsdiqi ictimaiyyət tərəfindən çox geniş müzakirə edilir:

“Bu müzakirə 1 milyon 600 min şagirdin və onların valideynlərinin maraq dairəsini əhatə edir. Hazırda bizə qəbul olan təklifləri təhlil edirik. İctimaiyyətdən gələn maraqlı, səmərəli təkliflər eskizlərin təsdiq olunması zamanı nəzərə alınacaq və bizim tərəfdən ümumi eskiz nümunələrinə əlavə olunacaq”.

Əvvəlki məqaləPensiyaların artım məbləği açıqlandı
Növbəti məqaləMSK daha bir nəfərin namizədliyini ləğv etdi