Seçki günü hansı sənədlərlə səs vermək olar? – SİYAHI

seçki mütəxəssisi
Bəşir Süleymanlı

Fevralın 9-da səsvermə hüququ olan seçicilər ölkənin yeni parlamentini formalaşdıracaq.

Bəs seçicilər hansı sənədlərlə səs verə bilər?

Yenisabah.az xəbər verir ki, seçki mütəxəssisi Bəşir Süleymanlının seçkilərdə (referendumda) səsvermə günü istifadə edilən şəxsiyyətitəsdiq edən sənədlərin siyahısını təqdim edib.

Beləliklə, seçicilər aşağıdakı səndələrlə səs verə bilərlər:

– Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

– Azərbaycan Respublikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsi;

Şəxsiyyət vəsiqəsi olmayan qaçqın və məcburi köçkünlər üçün Azərbaycan Respublikasının Qaçqın və məcburi köçkün vətəndaşlar:

–    Yuxarıda göstərilən əxsiyyətlərinitəsdiq edən sənədlər yoxdursa, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilmiş formalı vəsiqə.

Həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular:

– zabitin şəxsi vəsiqəsi;

– hərbi bilet.

Barələrində həbs qətimkan tədbiri seçilərək istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslər:

–    Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar

Xidməti tərəfindən verilmiş təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd.Azadlıqdan məhrumetmə yerlərində (cəzaçəkmə müəssisələrində) cəza çəkən şəxslər:

–    Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş məhkumun şəxsiyyətini təsdiq edən sənəd.

Azərbaycan Respublikasının hüdudlarından kənardasəsvermə günü aşağıdakı sənədlərdən istifadə edilir: – ümumvətəndaş pasportu;-xidməti pasport; -diplomatik pasport.

Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin Azərbaycan Respublikasının ərazisində səsvermə günü istifadə etdikləri şəxsiyyəti təsdiq edən sənədlər Azərbaycan Respublikasının ərazisində azı 5 il daimiyaşayan vətəndaşlığı olmayan şəxslər üçün:

–    icazə vəsiqəsi (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasənAzərbaycan Respublikasının Dövlət

Miqrasiya Xidməti tərəfindən verilmişonların ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyataalındığını təsdiq edən sənəd)

–    şəxsiyyət vəsiqəsi (16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusisənədləri haqqında” Əsasnaməyə uyğun olaraq verilmiş sənəd.)

 Bələdiyyə ərazisində azı 5 il daimi yaşayan əcnəbilər üçün:

–    icazə vəsiqəsi(bu yalnız bələdiyyə seçkilərinə aiddir)

Əvvəlki məqaləNə qədər seçici var?
Növbəti məqaləHansı hallarda səsvermədə iştirak mümkün deyil?