VHİ yeni proqramın icrasına başlayıb

ÜSY üçün müraciət
Ünvanlı Sosial Yardım üçün müraciət

Proqramın əsas məqsədi vətəndaşların elektron hökümət sisteminə intqrasiya etməklə şəffaflığı və hesabatlılığı artırmaqdır. Layihənin icarsı zamanı, əsasən də regionlarda daha çox vətəndaşın e-hökumət sisteminə intqrasiyasını sürətləndirmək yolu ilə onların hazırki problemlərinin həllinə yardım edilir. Sosial vəziyyəti ağır olan şəxslərin hüquqi prosedurlara əlçatımlılığı təmin edilir.

Vətəndaş Hüquqları İnstitunun (VHİ) orqanı olan Benefisiar vebportalı vasitəsi ilə vətəndaşlar arasında sosial media üzərindən maarifləndirmə və məlumatlandırma aparılır, videoroliklər hazırlanaraq proses vətəndaşlar üçün daha da asanlaşdırılır.

Pandemiya dövründə işsizlikdən sosial vəziyyəti ağırlaşmış vətəndaşların “ünvanlı sosial yardım” almağına hüquqi və texniki yardım edilir. Elektron müraciət forması yeni olduğu üçün vətəndaşlar məlumatsızdır, həm də müraciət formasını doldurmaq çətindir.

Nəzərdə tutulub ki, gələcəkdə regionlarda vorkşoplar keçirilərək yerli icmalara Elektron Hökümət Sisteminə müraciət mexanizmləri öyrədilərək və bununla da daha çox insanın bəhrələnməsinə kömək ediləcək. O cümlədən Ünvanlı Sosila Yardım üçün müraciətin doldurulması üçün yerli icmaların bacarıqları artırılacaq.

Əvvəlki məqaləSərt karantin rejimində imtahanların keçirilməsinə qoyulan qadağa ləğv olunub?
Növbəti məqaləİmtahanların qrafiki elan edildi