Müharibə veteranlarına hansı vergi güzəştləri olunur?

Mövcud qanunvericilikdə müharibə iştirakçılarının bir sıra hüquqları müəyyən edilmişdir. Buraya sosial-təminat, əmək hüquqları, eləcə də vergi güzəşti və azadolmalar daxildir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2-ci maddəsinə müvafiq olaraq,

1. Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;

2. müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;

3. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;

4. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Həmin Məcəllənin 102.4-cü maddəsinin 1-ci bəndinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynlərinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.7-ci maddəsinə əsasən, fiziki şəxsin bu Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.

Qeyd olunanlara əsasən, “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarında vergi güzəştinin tətbiqi üçün müvafiq sənədlərin siyahısı qeyd olunmuşdur.

Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin güzəşt hüququ aşağıdakı sənədlər əsasında müəyyənləşdirilir:

1. Azərbaycan Respublikasının Milli Qəhrəmanları:

• Azərbaycan Respublikası Milli Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi;

2. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər:

• müharibə ilə əlaqədar əlilliyi olan şəxs barədə əlilliyi olan şəxslərin reyestrindən çıxarışı;

• Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

• Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı:

3. Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) və övladları:

• Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

• Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı;

• Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

4. Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteran adı almış şəxslər:
• müharibə veteranı vəsiqəsi;

• Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı;

• Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları:

5. Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri:

• Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı;

• Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Himayədə olanlara görə əmək haqqından tutulan gəlir vergisindən güzəşt aşağıdakı sənədlərə əsasən verilir:

• ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı;

• Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayışları.

Qeyd: Güzəşt hüququna malik olan şəxslər yuxarıda adları çəkilən sənədlərdən birini təqdim etməlidirlər.

Belə ki, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququ yuxarıda qeyd olunan sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Benefisir.org

Oxunub: 7562

Əvvəlki məqalə6 növ meyvə üzrə bağlara birdəfəlik subsidiyalar veriləcək
Növbəti məqaləBu avtomobillərin sürücüləri cərimələnəcək