Uşaqlar internetdən istifadə zamanı nələrə diqqət etməlidir?

Özünü, ailə üzvlərini və valideynlərini internetin təhlükələrindən və zərərlərindən qorumaq üçün internetdən istifadə edərkən uşaq və yeniyetmə aşağıda adları çəkilən ehtiyat tədbirləri görməlidir: (Burada uşaq və yeniyetmə dedikdə 18 yaşına çatmamış şəxslər başa düşülür).

• Hec bir zaman öz adınızı, telefon nömrənizi, yaşadiğınız və oxuduğunuz ünvanları, kredit kartların nömrələrini və ya parollarını, asudə vaxtının keçirmə yerini və sevimli istirahət yerlərini bildirməyin.

• Hec bir şəxsi məlumatı, o cümlədən, oxuduğunuz məktəb, tez-tez getdiyiniz və ya getməyi planlaşdırdığınız yer haqqında və s. bildirməyin, seksual işarəsi olmayan neytral nik addan istifadə edin.

• Kompüterdən istifadə zamanı sizi nə isə qorxudursa, dərhal onu söndürün. Bu barədə valideynlərə və ya başqa böyüklərə danışın.

• Sizi internetdə pərt edən və həyəcana salan hər bir hadisə haqqında böyüklərə danışın.

• Spamları və istənilməyən məktubları bloka salmaq məqsədi ilə hər zaman elektron poçtunuzda filtrdən istifadə edin.

• İnternetdə tanış olduğunuz insanlar ilə heç bir zaman görüşməyə razı olmayın. Bu cür təkliflər barədə dərhal valideynlərinizə danışın.

• Kimsə sizə şəxsi və ya seksual xarakterli sual verdikdə həmin şəxslə elektron poçtda, sms mübadiləsi sistemlərində, çatlarda bütün əlaqəni kəsin. Bu barədə valideynlərə danışın.

Benefisiar.org

Oxunub: 697

Əvvəlki məqaləƏlil arabasının alınması üçün qayda dəyişir
Növbəti məqaləFuad Qəhrəmanlının qızına hücum edən şəxs saxlanılıb