Uşaqların təhsildən yayınmasının qarşısını almaq üçün yeni mexanizm yaradılacaq

Uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması üçün yeni mexanizm yaradılacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları KonfederasiyasıAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyaların yaradılması barədə öhdəlik götürüblər.

Əvvəlki məqaləSəhiyyə işçilərinə güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ veriləcək
Növbəti məqaləİçməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcək