Karantin rejimini pozanlar hansı halda inzibati, hansı halda cinayət məsuliyyəti daşıyır?

“Şəxs karantin rejimi zamanı polisin tələblərinə riayət etmirsə, polis şöbəsinə aparıla bilər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K. Əliyev deyib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, karantin rejimini pozanlara inzibati cərimələr tətbiq olunur: “Başqalarını yoluxdurmaq təhlükəsi olan şəxs karantin rejimini pozursa, o şəxs artıq cinayət məsuliyyəti daşyır”.

K.Əliyev həmçinin qeyd edib ki, etibarnaməsi olan şəxslər da etibarnaməni “icazə.gov.az” saytına daxil edə bilərlər: “İcazə alınacaq kateqoriyalara daxil olan insanlara belə şərait yaradıla bilər”.

Əvvəlki məqaləSərt karantin günlərində dializ almaq istəyənlər bu nömrəyə zəng vurmalıdır
Növbəti məqaləApteklərin sərt karantin rejimində necə fəaliyyət göstərəcəyi açıqlanıb