Sərt karantin müddətində vətəndaşlara 190 manat veriləcək?

“İki həftəlik sərt karantin rejimində 190 manat birdəfəlik ödənişlə bağlı məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aydınlıq gətirəcək”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.