İctimai nəqliyyatla bağlı qərar açıqlandı

“Marşrut avtobusları, ictimai nəqliyyat xüsusi karantin rejimi dövründə fəaliyyət göstərəcək”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib:

“Fərdi avtomobillərdən isə fəaliyyətinə icazə verilmiş şəxslər istifadə edə biləcək”.

Ramin Bayramlı deyib ki, xüsusi karantin rejimi dövründə çimərliklərin fəaliyyətinə məhdudiyyət qoyulacaq:

“SMS vasitəsilə park və bulvarlarda hərəkət etmək olar”.