Karantin rejimi ilə bağlı xəbərdarlıq edildi

Baş Nazir Əli Əsədov vətəndaşlara müraciətində karantin rejiminin qaydalarının pozulmasına məsul olan şəxslərə və mülkiyyət formasından asılı olmayaraq müəssisə sahiblərinə xəbərdarlıq edib.

APA-nın məlumatına görə, bu, Baş Nazir Əli Əsədovun vətəndaşlara müraciətində yer alıb.

Baş Nazir müraciətində nəzərə çatdırıb ki, xəstəliyin yayılmasına, karantin rejiminin qaydalarının pozulmasına məsul olan şəxslər və mülkiyyət formasından asılı olmayaraq müəssisə sahibləri haqqında karantin rejiminin tələblərinə riayət edilmədiyi hallarda aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görüləcək:

“Bununla əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və onlar nəzarət tədbirlərini daha sərt və ciddi şəkildə davam etdirməlidirlər.

Belə bir mürəkkəb dövrdə torpaqlarımızın azad olunması uğrunda göstərdiyimiz birlik, vətəndaş həmrəyliyi və intizamın görünməz düşmən olan koronavirus xəstəliyi ilə mübarizədə də göstərilməsi olduqca vacibdir.

Odur ki, hər bir vətəndaşa müraciət edərək karantin rejiminin tələblərinə daha ciddi əməl etməyə, bununla da bütün gücümüzü işğalçı düşmənlə mübarizə üçün səfərbər etməyə çağırırıq”.

Əvvəlki məqaləBaş Nazir karantinlə bağlı vətəndaşlara müraciət etdi
Növbəti məqaləBu məktəb direktoruna töhmət verildi