Karantinlə bağlı bu rayon və şəhərlərdə yeni şərt müəyyənləşdi

Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində əlavə şərt müəyyənləşib.

Beləliklə, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Əvvəlki məqaləKoronavirusla bağlı bu rayonda postlar qoyuldu
Növbəti məqaləDYP karantinlə bağlı müraciət etdi