Bu uşaqların sosial xidmətlərdən istifadəsi üçün tələblər hazırlanacaq

2021-2023-cü illərdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sosial və digər xidmətlərdən istifadəsi və cəmiyyətə inteqrasiyasını təmin edən tələblər hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib.

Plana əsasən mütəmadi olaraq regionlarda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə icma əsaslı dəstək proqramlarının həyata keçiriləcək.

Fəaliyyət Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib.

Əvvəlki məqaləBu uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq
Növbəti məqaləKarantinə görə əksər məhkəmə prosesləri təxirə salındı