Bu uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq

2020-2021-ci illərdə 3 yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırıq verilib.

Qeyd olunub ki, 2021-2023-cü illərdə uşaqlarla bağlı rasional fizioloji normalar hazırlanacaq. Fəaliyyət Planına əsasən, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinə tapşırıq verilib.

Əvvəlki məqaləUşaqlar üçün ümumrespublika qaynar xətti yaradılacaq
Növbəti məqaləBu uşaqların sosial xidmətlərdən istifadəsi üçün tələblər hazırlanacaq