İcra hakimiyyətlərində müharibə iştirakçıları və şəhid ailələri ilə bağlı şöbələr yaradıldı

Azərbaycanda rayon, şəhər və icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılır.

“Report” xəbər verir ki, bu Prezident İlham Əliyevin “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nda dəyişiklik edilməsi ilə bağlı Fərmanında nəzərdə tutulub.

Yeni şöbə Şöbə müdiri və Böyük məsləhətçi ştatlarından ibarət olacaq.

Əvvəlki məqaləBenzindən sonra işıqpulu da artacaq?
Növbəti məqaləNazirlikdən polietilen torbalardan istifadə edən sahibkarlara xəbərdarlıq