İşğaldan azad edilmiş torpaqlara qayıtmayan məcburi köçkünlər nədən məhrum olunacaq?

“İşğaldan azad edilmiş torpaqlara getmək istəməyən məcburi köçkünlərin məcburi köçkün statusu itirilmiş hesab olunacaq. Bunun nəticəsi olaraq, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə şamil olunan imtiyazlar qüvvədən düşəcək”.

APA-nın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə deyib.

F. Hüseynov bildirib ki, Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş torpaqlarda ən yüksək səviyyədə şərait yaradılacaq: “Bu, həm daimi məskunlaşma, həm məşğulluq, həm səhiyyə, həm təhsil, həm də digər sosial məsələlər baxımından olduqca aktualdır. Prezidentin çıxışına istinad edərək bildirmək istərdim ki, məcburi köçkünlərdən qayıtmaqla bağlı səmimi cavab verməsi xahiş olunur”.

Əvvəlki məqaləMüdafiə Nazirliyi hərbi forma geyinənlərə çağırış etdi
Növbəti məqaləİşğaldan azad olunan ərazilərə qayıdış nə zaman başlayacaq?