İnternetin qiymətinin bahalaşması ilə bağlı rəsmi açıqlama

Xəbər verdiyimiz kimi yanvarın 4-də Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin bahalaşması ilə bağlı Tarif Şurası tərəfindən qərar qəbul edilib. Bu gün səsləndirilən iddialardan biri internetin qiymətinin bahalaşması ilə bağlıdır. Belə ki, Azərbaycanda internetin qiymətinin bahalaşması gözlənilirmi?

Bununla bağlı Sonxeber.az-a danışan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib ki, sosial şəbəkələrdə bununla bağlı səsləndirilən iddialar əsassızdır:

“Hazırda internetin bahalaşması məsələsi gündəmdə deyil”.

Əvvəlki məqaləBNA daşıyıcılara qiymət artımına yol verilməməsi barədə xəbərdarlıq edib
Növbəti məqaləQaçqın və məcburi köçkünlərlə bağlı qanunvericilikdə dəyişikliklər gözlənilir